Yuxarı

"ADA” Universitetində ali təhsilin magistratura səviyyəsinə sənəd qəbulu başlanıb

Sənəd qəbulu gələn ilin aprelin 1-nə qədər davam edəcək

Bakı. 2 oktyabr. REPORT.AZ/ "ADA” Universitetində 2016-2017-ci tədris ili üçün ali təhsilin magistratura səviyyəsinə sənəd qəbulu başlanıb. Bu barədə "Report"a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Təklif edilən proqramlara Diplomatiya və Beynəlxalq münasibətlər (MADIA), İctimai siyasət (MPP), Təhsil üzrə menecment (MAEM), Biznesin idarəedilməsi (Full-time, International MBA) və Executive MBA daxildir.

Bu proqramlar arasında Executive MBA "ADA" Universitetinin Niderland Krallığının Maastrixt Menecment Məktəbi (MSM) ilə birgə təklif edilən və modullarla tədris olunan proqramdır. Bu proqram minimum dörd illik iş təcrübəsi olan peşəkarlar üçün nəzərdə tutulub. Proqramın sonunda məzunlar hər iki universitetin beynəlxalq akkreditə olunmuş diplomu ilə təltif olunurlar.

Xatırladaq ki, "ADA" Universitetinin magistratura proqramlarında təhsil ingilis dilindədir və iki ilə qədərdir. Dərslər yerli və xarici professorlar tərəfindən aparılır. Təhsil müddətində tələbələr bir sıra akademik mübadilə səfərlərində də iştirak edirlər. Tələbələr əldə etdikləri akademik göstəricilərə uyğun olaraq təhsil haqqında tam və ya qismən güzəştlər əldə edə bilərlər. Eyni zamanda, "ADA" Universiteti Azərbaycanda ilk dəfə olaraq uzunmüddətli aşağı faizli təhsil kreditləri təklif edir. "ADA" Universitetinin tədris proqramlarında yerli tələbələrlə yanaşı dünyanın 40 ölkəsindən 100-dən çox xarici tələbə də təhsil alır. Müxtəlif sosial layihələr, tələbə klubları, mütəmadi beynəlxalq konfranslar "ADA" Universitetində tələbə həyatını zənginləşdirir.

Maraqlananlar "ADA" Universitetinin veb səhifəsinə daxil olaraq elektron ərizə formasını doldurmaqla müraciət edə bilərlər. Sənəd qəbulu gələn ilin aprelin 1-nə qədər davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi