Yuxarı
    Bağlamaq

    "ADA" Universiteti ilə BMT-nin Əhali Fondu arasında Anlaşma Memorandumu imzalanıb

    Fondun icraçı direktoru Babatunde Osotimehin universitet tələbələri önündə mühazirə deyib

    Bakı. 12 noyabr. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun icraçı direktoru, BMT-nin baş katibinin müavini Babatunde Osotimehin "ADA" Universitetində tələbələr önündə mühazirə ilə çıxış edib.

    "Report"un xəbərinə görə, qonaq rəhbərlik etdiyi Fondun fəaliyyəti barədə danışıb, həmçinin Minilliyin İnkişaf Məqsədləri (Millenium Development Goals) haqqında məlumat verib.

    Azərbaycan haqqında danışarkən B.Osotimehin ölkə həyatında qadınların iştirakının yüksək səviyyədə olmasını, eləcə də doğuş zamanı ana ölümü faktlarının azalmasında Azərbaycanın əldə etdiyi tərəqqini qeyd edib. İcraçı direktor qərb ilə şərqin kəsişdiyi bir yer kimi Azərbaycanın təkcə regionda deyil, bütün dünyada dəyişikliklər mərkəzi ola biləcəyini bildirib.

    Məruzədən sonra, "ADA"-ın tələbə və müəllim heyəti B.Osotimehinə suallar vermək imkanı əldə edib.

    Sonda "ADA" Universiteti ilə BMT-nin Əhali Fondu arasında Anlaşma Memorandumy imzalanıb. Bu sənədə əsasən, "ADA" Universiteti və BMT-nin Əhali Fondu birgə konfranslar və araşdırmalar təşkil edəcək. Eyni zamanda, "ADA" tələbələri BMT-də təcrübə keçmək imkanı da qazanacaq.

    Qeyd edək ki, B.Osotimehin, həmçinin "ADA" Universitetinin kitabxanasına 30 kitab hədiyyə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi