Abituriyentlərin ərizə qəbulunun vaxtı bir gün uzadılıb

Abituriyentlərin ərizə qəbulunun vaxtı bir gün uzadılıb 4 873 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsə də, həmin ərizələr təsdiq olunmayıb
Elm və təhsil
30 Aprel , 2015 15:15
Abituriyentlərin ərizə qəbulunun vaxtı bir gün uzadılıb

Bakı. 30 aprel. REPORT.AZ/ Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin (I, II, III və IV ixtisas qrupları üzrə) ərizələrinin qəbulu müddəti mayın 1-dək uzadılıb. TQDK-dan "Report"a verilən məlumata görə, elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər ərizələrinin təsdiqini mayın 1-i saat 17:00-dək, elektron ərizələrini özləri təsdiq etməli olan abituriyentlər isə müvafiq prosesi mayın 1-i saat 23:59-dək başa çatdırmalıdırlar.

Bu gün saat 14:30-a olan məlumata görə, 85 256 abituriyent öz elektron ərizəsini dolduraraq təsdiqini təmin edib. 4 873 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsə də, həmin ərizələr təsdiq olunmayıb.

Elektron ərizə təqdim etmiş abituriyentlərə öz elektron ərizələrinə daxil olub baxmaq və təsdiq olunub-olunmadığını müəyyənləşdirmək tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi