"Abituriyent" jurnalının xüsusi buraxılışı çap edilib

"Abituriyent" jurnalının xüsusi buraxılışı çap edilib Jurnalda ixtisaslar üzrə minimal keçid balları təqdim olunub
Elm və təhsil
1 Sentyabr , 2017 11:02
Abituriyent jurnalının xüsusi buraxılışı çap edilib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini “Abituriyent” jurnalının xüsusi buraxılışında çap edib.

Bu barədə "Report" a DİM-in mətbuat xidmətindən məlumat verilib.

“Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalı aşağıdakı ünvanda yerləşən “Abituriyent” satış köşkündən, həmçinin kitab mağazalarından almaq olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/)

Son xəbərlər

Orphus sistemi