“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunacaq

“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunacaq Bakı. 12 yanvar. REPORT.AZ/ “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunacaq. 
Elm və təhsil
12 Yanvar , 2018 16:09
“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunacaq
Report

Bakı. 12 yanvar. REPORT.AZ/ “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunacaq. 

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, jurnalın xüsusi buraxılışında ümumi (9 illik) təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları ilə tanış olmaq mümkün olacaq.

Jurnalda həmçinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, buraxılış imtahanın I və II mərhələləri üçün test tapşırığı nümunələri və qiymətləndirmə meyarları, şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər öz əksini tapacaq.

Bu xüsusi buraxılışda buraxılış imtahanının keçirilməsi qaydası, V-IX siniflər üzrə bilik və bacarıqlar yoxlanılacaq alt standartlar, proqramlar, yeni tapşırıq nümunələri, tapşırıqlar üzrə qiymətləndirmə meyarları, inşa (esse) yazılmasına verilən tələblər, sual kitaçasının titul vərəqi və buraxılış imtahanının ikinci mərhələsinə aid test tapşırıqları nümunələri öz əksini tapıb. Ümidvarıq ki, jurnaldakı materiallar müəllimlərə buraxılış imtahanı ilə bağlı işlərini düzgün qurmağa, şagirdlərə isə imtahana səmərəli hazırlaşmağa yardımçı olacaq.

Buraxılış imtahanının keçirilməsi qaydasına gəlincə, buraxılış imtahanı ötən dərs ilində olduğu kimi, iki mərhələdə keçiriləcək. Birinci mərhələdə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq (cavablar müəyyənləşdirilib, yazı ilə ifadə olunur) və qapalı (verilən cavab variantlarından bir doğru cavabın seçilməsi) tipli test tapşırıqlarından, inşalardan (esselərdən), riyazi bacarıqları yoxlamaq məqsədilə açıq tipli, ikinci mərhələdə isə hər bir fənn üzrə qapalı tipli test tapşırıqlarından istifadə ediləcək.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin aşağıdakı kitab mağazalarından almaq olar:

Azərbaycan Respublikası Milli Kitabxanasına;

Ünvan: AZ1000, Bakı, Səbail, Xaqani, 57.

Azərbaycan Respublikası Prezidentinin kitabxanasına;

Ünvan: AZ1005, Bakı, Səbail, Nizami, 58.

Azərbaycan Respublikası Milli Məclisinin kitabxanasına;

Ünvan: AZ1073, Bakı, Səbail, Parlament, 1.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına;

Ünvan: AZ1141, Bakı, Yasamal, Hüseyn Cavid, 31.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Elmi Pedaqoji Kitabxanasına;

Ünvan: AZ1072, Bakı, Nərimanov, Koroğlu Rəhimov 874-cü məhəllə

Bakı Dövlət Universitetinin Elmi kitabxanasına;

Ünvan: AZ1148, Akademik Zahid Xəlilov küçəsi 23 (BDU, əsas bina).

Son xəbərlər

Orphus sistemi