“Abituriyent” jurnalının 2-ci nömrəsi çapdan çıxıb

“Abituriyent” jurnalının 2-ci nömrəsi çapdan çıxıb Bakı. 2 aprel. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib.
Elm və təhsil
2 Aprel , 2018 11:44
“Abituriyent” jurnalının 2-ci nömrəsi çapdan çıxıb
Report

Bakı. 2 aprel. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib.

Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “Abituriyent” jurnalının 2-ci nömrəsində 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, "Abituriyentin elektron ərizəsi" formasının doldurulma qaydası və nümunəsi, "Şəxsi kabinet"in yaradılması və istifadə qaydası, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc edilib.

Bu nömrədə, həmçinin 2017-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, imtahan fənləri üzrə bəzi test tapşırıqlarının izahı və tövsiyələr, abituriyentlər üçün elmi-metodiki məqalə dərc olunmuşdur.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Son xəbərlər

Orphus sistemi