ABB şirkəti Bakı Ali Neft Məktəbində Təlim Mərkəzi açıb

ABB şirkəti Bakı Ali Neft Məktəbində Təlim Mərkəzi açıb Bakı. 27 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda daha bir transmilli şirkətin Təlim Mərkəzinin açılış mərasimi olub. 
Elm və təhsil
27 Noyabr , 2017 10:03
ABB şirkəti Bakı Ali Neft Məktəbində Təlim Mərkəzi açıb
BANM

Bakı. 27 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda daha bir transmilli şirkətin Təlim Mərkəzinin açılış mərasimi olub. 

Bu barədə "Report"a Ali Məktəbdən məlumat verilib. 

Tədbirdə SOCAR, ABB, Böyük Britaniya səfirliyi, ALE Heavylift, Aggreko, Avanteq Ltd, Eigen, Expro Group, Glacier Energy Services Ltd, Fluor, International Oilfield Supply Company, Shawcor UK Ltd, WorleyParsons, DIT London və digər şirkətlərin nümayəndələri iştirak edib.

ABB şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rüstəm Qasımov BANM və ABB şirkətinin əməkdaşlığından, eləcə də ABB-nin Azərbaycandakı fəaliyətindən danışıb.

Daha sonra Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Krofts çıxış edib, iki ölkə arasında təhsil sahəsində yaranmış davamlı münasibətlərdən danışaraq BANM və Heriot-Vatt universitetlərinin mühəndis hazırlığı üzrə birgə əməkdaşlıqlarının buna ən gözəl nümunə olduğunu bildirib.

Tədbirdə həmçinin, SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov çıxış edib və BANM-in Azərbaycanın neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində atılan ən uğurlu addım olduğunu bildirərək SOCAR ailəsinin BANM-lə fəxr etdiyini bildirib.

BANM-in Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov Ali Məktəbin rektoru adından qonaqları salamlayıb, BANM-in fəaliyyəti haqda qısa məruzə edib və ABB şirkətinin ölkə üzrə rəhbəri Rüstəm Qasımova BANM-ə verdiyi önəm və burada təhsilin dəstəyi üçün əvəzsiz köməyi üçün dərin təşəkkürünü bildirib.

Tədbirin rəsmi hissərinin sonunda Rüstəm Qasımov və xanım səfir Kerol Krofts BANM-in 15 tələbəsini ABB şirkətində keçdikləri təcrübəyə görə setifikatla təltif ediblər.

Daha sonra qonaqlar ABB şirkətinin avadanlıqları və simulyasiya vasitələri ilə tam təchiz olunan Təlim Mərkəzini gəzərək burada yaradılan şəraitlə tanış olublar. Təlim Mərkəzində tələbələr və müəllimlər üçün ABB şirkətinin texnologiyalarının tətbiqi əsasında təlimlərin keçirilməsi və tədqiqatların aparılması nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi