Yuxarı

​9 illik təhsil bazasında kolleclərə ixtisas seçimi başa çatır

“Abituriyentin elektron ixtisas seçimi ərizəsi” forması yalnız təsdiq ediləndən sonra hüquqi əsasa malik olur

Bakı. 18 iyul. REPORT.AZ/ Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

Bu barədə “Report”a TQDK-dan bildirilib.

Saat 15:30-a olan məlumata əsasən, 13577 nəfər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi” formasını doldurub və təsdiq edib. 104 abituriyent isə ixtisas seçimi etməsinə baxmayaraq, elektron ərizəsini təsdiq etməyib. “Abituriyentin elektron ixtisas seçimi ərizəsi” forması yalnız təsdiq ediləndən sonra hüquqi əsasa malik olur. Müsabiqəyə yalnız qeyd olunan vaxtadək ərizəsində ixtisasları seçmiş və təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi