700 bal toplamış Vahab: “İlk gündən hiss etdim ki, düzgün qərar vermişəm”

700 bal toplamış Vahab: “İlk gündən hiss etdim ki, düzgün qərar vermişəm” Bakı. 8 noyabr. REPORT.AZ/  Report Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən Ali məktəbin tələbəsi Vahab Cəbrayılovun müsahibəsini təqdim edir:
Elm və təhsil
8 Noyabr , 2017 10:35
700 bal toplamış Vahab: “İlk gündən hiss etdim ki, düzgün qərar vermişəm”
BANM

Bakı. 8 noyabr. REPORT.AZ/  "Report" Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən Ali məktəbin tələbəsi Vahab Cəbrayılovun müsahibəsini təqdim edir:

- Özünüz haqqında məlumat verin...

- Mən Vahab Cəbrayılov 2000-ci ilin fevral ayının 17-də İsmayıllı rayonunda anadan olmuşam. Orta təhsili İsmayıllının Lahıc qəsəbəsində almışam. 2015-ci il Respublika fənn olimpiadalarında Riyaziyyat fənnindən bürünc medal qazanmışam. Bu il isə orta məktəbi bitirərkən Təhsil Nazirliyi tərəfindən “Təhsildə nailiyyətlərə görə” qızıl medalına layiq görülmüşəm.

- Bugünədək qazandığınız ən böyük uğurunun nə olduğunu düşünürsən?

- Həyatımda indiyə kimi qazandığım ən böyük uğur, fikrimcə, Bakı Ali Neft Məktəbinə qəbul olmağımdır.

- Ali məktəblər arasında üstünlüyü niyə məhz Bakı Ali Neft Məktəbinə verdin?

- Bakı Ali Neft Məktəbini sadəcə yüksək bal yığdığıma görə yox, mühəndislik sahəsinə olan böyük marağım və ən əsas da Ali Məktəbin məni əsl mühəndis kimi hazırlaya biləcək yeganə təhsil müəssisəsi olduğunu düşündüyüm üçün seçmişəm. Elə dərslərin ilk günlərindən də hiss etdim ki, buranı seçməklə düzgün qərar vermişəm.

- Universiteti bitidikdən sonra özünüzü harada görürsüz?

- Arzum Bakı Ali Neft Məktəbini bitirdikdən sonra ixtisasım üzrə dünyanın top universitetlərindən birində magistr tələbəsi olmaqdır və yaxın illərdə bu hədəf üzərində çalışmağı düşünürəm. Daha irəli hədəfim isə ölkəmizin neft və ya digər istehsalat sahələrində ixtisasım üzrə sayılıb seçilən mühəndislərdən biri olmaqdır.

- Bir tələbə məqsədinə nail ola bilmək üçün nə etməlidir?

- Düşünürəm ki, bir tələbə qarşısına hər hansı bir məqsəd qoyubsa, ilk növbədə onun üzərində daima çalışmalı və dünyada bu sahədə baş verən hər cür inkişafdan xəbərdar olmalıdır. Ən əsası isə yorulmaq bilməməlidir.

- Sizi həyatda ən çox motivasiya edən nədir?

- Ətrafımda olan insanlara faydalı ola bilmək mənə motivasiya verir. Həm ailəmə, həm dostlarıma və həm də ölkəmə yararlı ola bilmək mənim üçün çox önəmlidir.

- Ali məktəblərə qəbul və seçim qarşısında olan abituriyentlərə məsləhətiniz nə olardı?

- Ali məktəblərə qəbul olmaq arzusunda olan gənclərə əsas məsləhətim ondan ibarətdir ki, hansı ixtisası seçmələrindən asılı olmayaraq, özlərini vətənimizə və millətimizə yararlı, xeyirli bir mütəxəssis kimi yetişdirə bilmək üçün daim öz üzərlərində çalışsınlar.

Seçim qarşısında olan abituriyentləri isə maraq dairələrində olan bir ixtisası hədəf seçib bu istiqamətdə düzgün addım atmağa səsləyirəm. Məsələn, əgər siz əsl mühəndis olmağı arzulayırsınızsa, o zaman ən doğru seçiminiz Bakı Ali Neft Məktəbi olmalıdır.

Son xəbərlər

Orphus sistemi