​28-ci Beynəlxalq Xarəzmi Mükafatı müsabiqəsi keçiriləcək

​28-ci Beynəlxalq Xarəzmi Mükafatı müsabiqəsi keçiriləcək Maraqlananlar AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Elmi-Təşkilat İdarəsinə müraciət edə bilər
Elm və təhsil
18 Noyabr , 2014 20:38
​28-ci Beynəlxalq Xarəzmi Mükafatı müsabiqəsi keçiriləcək

Bakı. 18 noyabr. REPORT.AZ/ YUNESKO üzrə İran Milli Komissiyasının dəstəyi ilə görkəmli riyaziyyatçı və astronom Məhəmməd ibn Musa Əl Xarəzminin xatirəsinə həsr olunan 28-ci Beynəlxalq Xarəzmi Mükafatı (KİA-Khwarizmi International Award) müsabiqəsi keçiriləcək. "Report" xəbər verir ki, bu barədə YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yaydığı məlumatda bildirilib.

Müsabiqənin məqsədi tədqiqatçı və ixtiraçıların fəaliyyətini qiymətləndirmək, onların beynəlxalq aləmdə tanınmasına dəstək vermək, eyni zamanda aerokosmik, kənd təsərrüfatı, biotexnologiya, kimyəvi və mülki mühəndislik, informasiya texnologiyaları, mexanika, tibb elmləri, nanotexnologiya və bərpa olunan enerji sahələrində fəaliyyətinə dəstək göstərməkdir.

Müsabiqədə iştirak etmək istəyənlərdən müsabiqənin şərtləri ilə tanış olub müraciət ərizələrini (iştirak üçün ərizələri onlayn formada da doldurmaq olar) 2014-cü il noyabrın 30-dək [email protected] elektron ünvana göndərmələri xahiş olunur.

Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Elmi-Təşkilat İdarəsinə müraciət etmək olar.

Son xəbərlər

Orphus sistemi