2020-2025-ci illər üçün AMEA-nın inkişaf proqramının prioritetləri açıqlanıb

2020-2025-ci illər üçün AMEA-nın inkişaf proqramının prioritetləri açıqlanıb Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nın prioritetləri açıqlanıb.
Elm və təhsil
28 Dekabr , 2019 14:19
2020-2025-ci illər üçün AMEA-nın inkişaf proqramının prioritetləri açıqlanıb
AzerTag

"Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nın prioritetləri açıqlanıb.

"Report" xəbər verir ki, prioritetləri akademiyanın Ümumi yığıncağında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev diqqətə çatdırıb.

Onun sözlərinə görə, prioritet sırasında elm sahəsində idarəetmə sisteminin, infrastrukturun modernləşdirilməsi və optimallaşdırılması, elmi-tədqiqat müəssisələrinin, bütövlükdə elmin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi də yer alıb. Digər prioritetlər yüksək ixtisaslı kadrların hazırlanması, eyni zamanda elm və təhsilin inteqrasiyası, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması, yeddinci - elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi və s.-dir.

Proqram səsverməyə qoyularaq qəbul edilib.

Daha sonra R.Mehdiyev qeyd edib ki, qarşıya qoyulan yeni vəzifələr, prioritet elmi istiqamətlər kontekstində Akademiyanın və onun elmi qurumlarının strukturlarının təkmilləşdirilməsi üçün əsaslı tədbirlər həyata keçirilməlidir:

"Fundamental və tətbiqi tədqiqatların səmərəliliyinin artırılması, xüsusilə innovasiya fəaliyyətinin genişləndirilməsi üçün intellektual əmək resurslarından daha səmərəli istifadə edilməlidir. Elmi işçilərin attestasiyası həyata keçirilməli və onların səmərəli yerləşdirilməsi təmin edilməlidir".

Son xəbərlər

Orphus sistemi