Zəlzələ nəticəsində Şamaxı və İsmayıllıda 5 məktəbdə çatlar əmələ gəlib, davamiyyət zəifləyib - YENİLƏNİB

Zəlzələ nəticəsində Şamaxı və İsmayıllıda 5 məktəbdə çatlar əmələ gəlib, davamiyyət zəifləyib - YENİLƏNİB Bakı. 6 fevral. REPORT.AZ/ “Ötən gecə Şamaxıda baş verən zəlzələyə görə məktəblərdə davamiyyət nisbətən zəif olsa da, hazırda dərslər davam edir”.
Elm və təhsil
6 Fevral , 2019 11:22
Zəlzələ nəticəsində Şamaxı və İsmayıllıda 5 məktəbdə çatlar əmələ gəlib, davamiyyət zəifləyib - YENİLƏNİB
Report

Bakı. 6 fevral. REPORT.AZ/ “Ötən gecə Şamaxıda baş verən zəlzələyə görə məktəblərdə davamiyyət nisbətən zəif olsa da, hazırda dərslər davam edir”.

Bu barədə “Report”a Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, fevralın 5-də baş verən zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxıda isə 4 məktəbdə çatlar əmələ gəlib: “Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyevdən aldığımız xəbərə görə, zəlzələ nəticəsində Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin 1-ci korpusunun 2-ci və 3-cü mərtəbələri arasındakı panel tavanının suvağı yerə tökülüb. İki korpusdan ibarət məktəbin şagirdləri isə digər 2-ci tədris korpusuna yerləşdirilib. Eləcə də Şamaxının bir çox köhnə məktəb binalarında xırda çatlar əmələ gəlib. Hazırda Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları zəlzələdən ziyan görmüş məktəblərə baxış keçirirlər”.


*** 10:02

Təhsil Nazirliyi ötən gecə Şamaxıda baş verən zəlzələnin məktəblərə vurduğu ziyanla bağlı məlumat yayıb. 

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxı rayonunda isə 4 məktəbdə çatlar əmələ gəlib.

Hazırda Təhsil Nazirliyinin nümayəndələri həmin məktəblərə baxış keçirirlər.

Son xəbərlər

Orphus sistemi