Parlament seçkilərinə görə məzuniyyət götürən və
Bu barədə “Report”un sorğusuna cavab olaraq institutdan bildirilib.
Qeyd olunub ki, rektorun məzuniyyəti bu gün bitib və o, artıq iş başındadır: “Ceyhun Məmmədovun məzuniyyəti dövründə rektor vəzifəsini institutun Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov icra edib”.
C.Məmmədovun deputat kimi fəaliyyətə başlayandan sonra İlahiyyat İnstitutunun rektoru vəzifəsində qalıb-qalmayacağına gəlincə, bildirilib ki, bu barədə yaxın günlərdə məlumat veriləcək: “Hələlik bununla bağlı heç bir informasiya yoxdur. Qərar olanda ictimaiyyətə açıqlanacaq”.
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası fevralın 9-da keçirilən parlament seçksində 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən C.Məmmədovun namizədliyini irəli sürüb.
2015-ci ilin parlament seçkilərinə qədər ali təhsil müəssisələrinin rektorları bu vəzifə ilə yanaşı, Milli Məclisin deputatı da ola bilirdilər. Həmin il keçirilən seçkilərdən sonra bir şəxsin həm rektor, həm də deputat vəzifəsini tutması təcrübəsinə son qoyulub.
Xatırladaq ki, Prezident