Xarici ölkələrdəki Fransız məktəblərində təhsil haqları azaldılacaq

Elm və təhsil
  • 29 avqust, 2019
  • 21:16
Xarici ölkələrdəki Fransız məktəblərində təhsil haqları azaldılacaq

Fransa hökuməti fransız dilinin xaricdə tədrisinə 25 milyon avro ayıracaq. "Report"un Fransa bürosu xəbər verir ki, bu barədə Fransa Xarici İşlər naziri Jan-İv Le Drian jurnalistlərə bildirib. 

Nazirin sözlərinə görə, fransız dilinin xaricdə tədrisi üçün 2020-ci ildə dövlət büdcəsindən əlavə 25 milyon vəsait ayrılacaq.

Bundan əlavə daha 1000 nəfər fransız dili müəllimi xarici ölkələrə fransız dilini tədris etməyə göndəriləcək.

Jan-İv Le Drian, həmçinin, xarici ölkələrdəki fransız məktəblərində illik təhsil haqlarının da azaldılacağını bildirib. 

44 filmi