Windows Azərbaycan dilində vindos yazılacaq
Elm və təhsil
- 12 yanvar, 2018
- 08:12
Bakı. 12 yanvar. REPORT.AZ/ “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsində mənbə dildə w samitli alınma sözlərin Azərbaycan dilində v ilə yazılması təklif olunur.
"Report” xəbər verir ki, yeni qaydalar təsdiq olunarsa, həmin sözlər veb-sayt (mənbə dildə: web site), Vilyam (William), vindos (windows), vörd (word) və s. yazılacaq.
Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu hazırlayıb. Layihə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib.
Layihə təsdiq olunması üçün Nazirlər Kabinetinə göndəriləcək.
Son xəbərlər
00:26
Azərbaycan və Baham adaları arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Xarici siyasət00:11
Hörmüz boğazında yük gəmisi zərbəyə məruz qalıb, ölən var
Digər ölkələr23:54
Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə edib
Xarici siyasət23:50
Marko Rubio: ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur
Digər ölkələr23:33
Kats Suriyaya xəbərdarlıq edib: Əbədi olaraq İsrailin nəzarətində qalacaq
Digər ölkələr23:21
ABŞ Çinlə daha geniş ticarət sazişini nəzərdən keçirir
Digər ölkələr23:01
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
Digər ölkələr22:47
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək
Region22:38