Bakı. 30 avqust. REPORT.AZ/ Bərdə rayonunda vaqon-məktəbin şagirdləri sentyabrın 17-dən yeni binada dərsə gedəcəklər.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Ağdam rayon Təhsil şöbəsinin rəhbərliyindən bildirilib.
Belə ki, 2018-2019-cu tədris ilindən 122 nömrəli köçkün tam orta məktəb bu ərazinin yaxınlığında yerləşən və tədris üçün yararlı olan yeni binada fəaliyyət göstərəcək.
Qeyd edək ki, rayonun 122 nömrəli köçkün tam orta məktəbi 1994-cü ildən Bərdə rayon Dəmiryol vağzalında 5 dəmir vaqonlarda fəaliyyət göstərir. 2017/2018-ci tədris ilində məktəbdə 94 nəfər şagird təhsilə cəlb edilib. Bu şagirdlərdən 90 nəfəri məcburi köçkün ailələrindən olan uşaqlardır. Şagirdlərin təlim tərbiyəsi ilə 22 nəfər müəllim məşğul olur. Məktəbdə 10 nəfər texniki işçi çalışır.