Universitetlər üçün yeni akkreditasiya meyarları və indikatorları hazırlanıb

Universitetlər üçün yeni akkreditasiya meyarları və indikatorları hazırlanıb "Bu ali təhsil müəssisələrində yeni prosesə başlanılıb. Hazırda ali təhsil sahəsində akkreditasiyanın beynəlxalq rəqabət qabiliyyətli aparılması üçün akkreditasiya meyarları və indikatorları hazırlanıb".
Elm və təhsil
23 Dekabr , 2021 11:54
Universitetlər üçün yeni akkreditasiya meyarları və indikatorları hazırlanıb
Eldar Orucov

"Bu ali təhsil müəssisələrində yeni prosesə başlanılıb. Hazırda ali təhsil sahəsində akkreditasiyanın beynəlxalq rəqabət qabiliyyətli aparılması üçün akkreditasiya meyarları və indikatorları hazırlanıb".

"Report" xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Eldar Orucov keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, həmin layihənin yaxın vaxtlarda Təhsil Nazirliyinin kollegiyasının qərarı ilə təsdiqlənməsi gözlənilir: "Artıq yeni formatda ölçüləbilən meyarlarla akkreditasiya proseslərini həyata keçirə biləcəyik. Yeni layihənin detallarına gəlincə, şəxsi mütaliələrin və ehtimal nəzəriyyəsi olmadan rəqəmsal ölçüləbilən bir akkreditasiya meyarları hazırlanıb. Bu ali təhsil müəssisələrinə göndərildikdən sonra universitetlər o meyarlara əsasən keyfiyyət təminatının tənzimlənməsi üçün özləri özünüqiymətləndirmə hesabatları hazırlayacaqlar".

"Bu ölçüləbilən olacaq və daxili keyfiyyət təminatı prosesinə cavabdeh ali təhsil müəssisələrinin struktur bölmələrinin verdiyi hesabatlar əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin cəlb etdiyi müstəqil ekspertlər vasitəsilə eyni kriteriyalar üzrə kənar yoxlama, yəni xarici keyfiyyət təminatı haqqında əminlik yaradacaqlar.

Bu proses bitdikdən sonra qəbul olunan yoxlama aktları Akkreditasiya Şurasına təqdim olunacaq. Həmin şöbə də təhsil müəssisəsi haqqında növbəti fəaliyyət dövrü üçün qərarlar qəbul edəcək", - E.Orucov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi