Ülviyyə Mikayılova azərbaycanlıların xaricdə təhsili başa vurduqdan sonra Vətənə can atmaması haqqında danışıb

Ülviyyə Mikayılova azərbaycanlıların xaricdə təhsili başa vurduqdan sonra Vətənə can atmaması haqqında danışıb “Xaricə təhsil almaq istənilən halda yaxşıdır, amma Vətənə qayıtmaq vəziyyətdən asılıdır”.
Elm və təhsil
13 May , 2023 12:03
Ülviyyə Mikayılova azərbaycanlıların xaricdə təhsili başa vurduqdan sonra Vətənə can atmaması haqqında danışıb

“Xaricdə təhsil almaq istənilən halda yaxşıdır, amma Vətənə qayıtmaq vəziyyətdən asılıdır”.

“Report” xəbər verir ki, bunu jurnalist Həmid Həmidovun “Danışaq?” podkastının budəfəki qonağı olan təhsil üzrə tanınmış ekspert Ülviyyə Mikayılova deyib.

Ekspertin sözlərinə görə, insanlar ölkədə onlar üçün yaxşı şərait yaradılanda geri qayıdırlar, Azərbaycan üçün isə bu, zaman məsələsidir.

“Digər tərəfdən, onlar geri qayıtmasalar belə, biz həmin ölkələrdə təhsilli azərbaycanlılar qazanırıq”, - o əlavə edib.

Söhbət zamanı Ü.Mikayılova həmçinin kurikulum sistemi, məktəblərin Azərbaycan və rus bölmələrində təhsilin səviyyəsi, SSRİ-də məktəb təhsili və s. haqqında danışıb.

Ekspert ADA Universitetinin tələbələrinin Azərbaycan və rus dillərində təhsillə bağlı iki araşdırma apardıqlarını nəzərə çatdırıb.

“Məlum olub ki, övladlarının rus bölməsində təhsil almasını istəyən valideynlərin çoxu onların həyatda, o cümlədən məşğulluq baxımından daha çox imkanlar qazanacağına inanırlar”, - Ü.Mikaylova vurğulayıb.

Təhsil eksperti məktəblərdə və universitetlərdə rus bölməsinin olmasına da toxunub: "Rus bölmələrinin bağlanması müsbət heç nə verməyəcək, çünki bu, həm də təhsil sistemimizin bir hissəsidir”.

Lakin onun sözlərinə görə, artıq Bakıda rus dilində dərs deyən müəllimlərlə bağlı problem var.

“Bəzi fənnləri tədris etmək üçün rus dilində dərs deyən müəllim tapmaqda çətinlik yaranır, çünki Azərbaycan Dövlət Pedaqoji Universiteti rus bölməsinə qəbulu getdikcə azaldır”, - Ülviyyə Mikayılova bildirib.

Son xəbərlər

Orphus sistemi