Ukraynalı məktəblilər İçərişəhəri gəziblər

Ukraynalı məktəblilər İçərişəhəri gəziblər Ukraynanın İrpen şəhərində yerləşən akademik Zərifə Əliyeva adına məktəbin şagirdləri Bakıda səfərdədirlər.
Elm və təhsil
12 İyun , 2023 20:56
Ukraynalı məktəblilər İçərişəhəri gəziblər

Ukraynanın İrpen şəhərində yerləşən akademik Zərifə Əliyeva adına məktəbin şagirdləri Bakıda səfərdədirlər.

“Report” xəbər verir ki, ukraynalı məktəblilərin Azərbaycana səfərinin məqsədi ölkəmizin mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olmaqdır.

Onlar bu gün İçərişəhərdə gəzintiyə çıxıblar, “köhnə şəhər”in görməli yerləri ilə tanış olublar.

10-cu sinif şagirdi İvan Rudoy bildirib ki, hazırda Azərbaycanda geniş tətbiq olunan STEAM təhsil metodologiyası Ukraynada da tətbiq edilməlidir: “İkinci gündür Bakıdayam, inanılmaz təəssüratlar yaşadım. Bakı mənim üçün tamamilə unikal şəhərdir. Biz artıq STEAM təhsil mərkəzində olmuşuq. Düşünürəm ki, belə yerlər uşaqlarda əməkdaşlığın və komanda işinin inkişafına kömək edəcək. Ona görə də bu texnologiya Ukraynada da tətbiq edilməlidir”.

Həmin sinfin şagirdi Aleksandra Şevçukun sözlərinə görə, Bakı məktəbləri çox inkişaf edib.

“Bakı çox gözəl insanları və ab-havası olan heyrətamiz şəhərdir”, - o əlavə edib.

Qloriya Prudkoyun sözlərinə görə, o, həmişə Azərbaycana, xüsusən də Bakıya səfər etmək arzusunda olub: “Adət-ənənələriniz və mədəniyyətiniz haqqında çox maraqlı şeylər oxumuşam. Ümid edirəm ki, bu səfər zamanı çoxlu yeni şeylər öyrənəcəyəm”.

Son xəbərlər

Orphus sistemi