Ukraynada təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

Ukraynada təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb Bunlardan 4475 nəfəri bakalavr və ya magistr təhsili alır, 30 nəfər aspiranturada oxuyur
Elm və təhsil
15 Aprel , 2021 11:07
Ukraynada təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

Hazırda Ukraynada Azərbaycandan 4 628 tələbə təhsil alır.

Bu barədə “Report”a Ukraynanın Təhsil və Elm Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 4 475 nəfəri bakalavr və ya magistr təhsili alır, 30 nəfər aspiranturada oxuyur.

Həmçinin 103 nəfər diplomdan sonrakı təhsilini davam etdirir.

Ötən ildə Ukraynanın ali təhsil müəssisələrinə 874 azərbaycanlı tələbə qəbul olunub.

Marina Qonçaruk

Son xəbərlər

Orphus sistemi