UFAZ-ın ən yüksək nəticə göstərən tələbələrinə sertifikat verilib

Elm və təhsil
  • 16 fevral, 2017
  • 14:57
UFAZ-ın ən yüksək nəticə göstərən tələbələrinə sertifikat verilib

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetində (UFAZ) təhsil alan tələbələrlə görüş keçirilib.

ADNSU-dan “Report”a verilən məlumata görə, tədbirdə universitetin rektoru, professor Mustafa Babanlı, UFAZ-ın direktoru Vazeh Əsgərov, UFAZ-ın baş katibi Şarlotta Payen, valideyin və tələbələr iştirak ediblər. Tədbirdə UFAZ tələbələrinin birinci semestrdə göstərdikləri nəticələr müzakirə olunub.

UFAZ tələbələrinin nəticələrinin qənaətbəxş olduğunu deyən rektor M.Babanlı 2-ci kursda tələbələrə 1-ci kursun nəticələrinə uyğun təqaüd ayrılacağını deyib.

“UFAZ-la bağlı bir sıra planlarımız var. UFAZ yay məktəbinin təşkili ilə bağlı müəyyən təkliflərimiz var. Biz tələbələrin göstərdiyi nəticələrə adekvat cavab verməliyik. Tələbələri stimullaşdırmaq məqsədilə yüksək göstəriciləri olan tələbələri qiymətləndirəcəyik” – M.Babanlı bildirib.

Sonda semestr ərzində ən yüksək göstəricisi olan 5 nəfər UFAZ tələbəsinə sertifikat və mükafatlar təqdim olunub.

44 filmi