Tibb sahəsi üzrə Nobel mükafatının sahibləri məlum olub

Elm və təhsil
  • 07 oktyabr, 2019
  • 09:45
Tibb sahəsi üzrə Nobel mükafatının sahibləri məlum olub

Tibb və fiziologiya sahəsi üzrə Nobel mükafatının sahiblərinin adları açıqlanıb.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, Dünya Nobel Komitəsi 2019-cu il də bu mükafata Vilyam Kaelin (ABŞ, Harvard Universiteti), Piter Retkliff (Britaniya, Oksford Universiteti) və Qreqq Semensanı (ABŞ, Harvard Universiteti) layiq görüb. 

Onlar hüceyrənin oksigenə reaksiyası və uyğunlaşmasını kəşf ediblər.