Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) qəbul imtahanında yüksək bal toplayan tələbələrə əlavə təqaüd verəcək. Bu barədə "Report"a universitetin mətbuat xidmətindən bildirilib.
Belə ki, 600-dan yuxarı bal toplayaraq, 1-ci kursa daxil olan hər bir tələbəyə universitet hesabına əlavə təqaüd verilməsi planlaşdırılır.
Həmçinin universitetdə qəbul edilmiş digər qərara uyğun olaraq, hər bir kurs üzrə ən çox bal toplayan 15 tələbəyə ikinci əlaçı təqaüdü veriləcək.
Qeyd edək ki, 2015-2016-cı tədris ilinin ilk semestri müddətinə təyin olunacaq təqaüdün məbləği 100 manat müəyyən edilib. Məqsəd ADİU tələbələrinin təhsilə olan maraqlarının stimullaşdırılmasıdır.