Təhsilin İnkişafı Fonduna sədr təyin olunub

Təhsilin İnkişafı Fonduna sədr təyin olunub Təhsil nazirinin müşaviri Elnur Nəsibov yeni vəzifəyə təyinat alıb.
Elm və təhsil
12 May , 2022 15:10
Təhsilin İnkişafı Fonduna sədr təyin olunub
Elnur Nəsibov

Təhsil nazirinin müşaviri Elnur Nəsibov yeni vəzifəyə təyin olunub.

"Report" xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, E.Nəsibov Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci il iyulun 14-də "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında" Fərman imzalayıb.

Son xəbərlər

Orphus sistemi