Təhsil Nazirliyində vətəndaş qəbulu noyabrın 2-dək dayandırılır

Təhsil Nazirliyində vətəndaş qəbulu noyabrın 2-dək dayandırılır Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il noyabrın 2-dək fəaliyyətini dayandırır.
Elm və təhsil
5753
30 Sentyabr , 2020 09:41
Təhsil Nazirliyində vətəndaş qəbulu noyabrın 2-dək dayandırılır

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il noyabrın 2-dək fəaliyyətini dayandırır.

Nazirlikdən "Report"a verilən məlumata görə, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında  təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı  və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Son xəbərlər

Orphus sistemi