Təhsil Nazirliyi: Şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik edilməsi ilə bağlı müzakirə aparılır

Təhsil Nazirliyi: Şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik edilməsi ilə bağlı müzakirə aparılır Qiymətləndirmədə yenilik gözlənilir
Elm və təhsil
3 İyul , 2017 12:24
Təhsil Nazirliyi: Şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik edilməsi ilə bağlı müzakirə aparılır
Report

Bakı. 3 iyul. REPORT.AZ/ “Təhsil Nazirliyində məktəblərdə şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik edilməsi ilə bağlı ayrı-ayrı mütəxəssislərin iştirakı ilə müzakirələr aparılır”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

Qeyd olunub ki, müzakirələrin nəticəsi barədə geniş məlumat veriləcək.

Xatırladaq ki, Təhsil İnstitutunun direktoru Emin Əmrullayev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Formativ və Summativ Qiymətləndirmə” mövzusunda keçirilən seminarda çıxışı zamanı bu yay ərzində məktəblərdə şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik edilməsinin nəzərdə tutulduğunu səsləndirib. O, yeniliklərin nədən ibarət olduğunu müəllimlərin təkliflərini dinlədikdən sonra məlum olacağını demişdi. 

Son xəbərlər

Orphus sistemi