Emin Əmrullayev rektorlarla görüşüb

Emin Əmrullayev rektorlarla görüşüb Sentyabrın 9-da təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüş keçirib.
Elm və təhsil
9 Sentyabr , 2021 19:44
Emin Əmrullayev rektorlarla görüşüb
Emin Əmrullayev

Sentyabrın 9-da təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüş keçirib.

Bu barədə "Report"a Təhsil nazirliyindən məlumat verilib.

Görüşdə sentyabrın 29-da ali təhsil müəssisələrində ənənəvi təhsilin bərpası ilə bağlı müvafiq hazırlıq işlərinin həyata keçirilməsi, tədrisin təşkili, müəllim və tələbələrin vaksinasiyadan keçirilməsi, auditoriyaların və digər müvafiq infrastrukturun hazırlıq vəziyyəti müzakirə edilib və bununla bağlı təkliflər dinlənilib.

Son xəbərlər

Orphus sistemi