Təhsil krediti almaq istəyən 400 tələbənin müraciətindən imtina olunub

Təhsil krediti almaq istəyən 400 tələbənin müraciətindən imtina olunub Yaz sessiyasında təhsil tələbə krediti almaq üçün müraciət edən tələbələrin bu günə olan statistikası açıqlanıb.
Elm və təhsil
6 İyun , 2022 10:57
Təhsil krediti almaq istəyən 400 tələbənin müraciətindən imtina olunub

Yaz sessiyasında təhsil tələbə krediti almaq üçün müraciət edən tələbələrin bu günə olan statistikası açıqlanıb.

Təhsil Tələbə Kredit Fondundan “Report”a verilən məlumata görə, bu günə qədər 4 919 tələbə kredit üçün müraciət edib.

Müraciətlərdən 524-ü natamam olub, 250-si emaldadır, 502-si banka göndərilib. Kredit almaq üçün edilən müraciətdən 400-dən imtina edilib.

Ümumilikdə isə 3 243 tələbəyə kredit verilib. Onlardan 1 129-ü sosial, 2 114-ü isə standart kredit olub.

Son xəbərlər

Orphus sistemi