Tədris digər dillərdə aparılan I siniflərə məktəb seçiminə başlanılır

Tədris digər dillərdə aparılan I siniflərə məktəb seçiminə başlanılır İyunun 24-ü saat 11:00-dan tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrdən uğurla keçən uşaqlar üçün məktəb seçimi mərhələsi aktiv ediləcək.
Elm və təhsil
19 İyun , 2021 12:31
Tədris digər dillərdə aparılan I siniflərə məktəb seçiminə başlanılır

İyunun 24-ü saat 11:00-dan tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrdən uğurla keçən uşaqlar üçün məktəb seçimi mərhələsi aktiv ediləcək.

Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Valideynlər (qanuni nümayəndə) www.mektebeqebul.edu.az portalında “Şəxsi kabinet”lərinə daxil olaraq müsahibələrdən uğurla keçən övladları üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər.

Son xəbərlər

Orphus sistemi