RİİB-dən "Report"a verilən məlumata görə, “Karlara dəstək” İctimai Birliyi tərəfindən müsabiqəyə təqdim edilən “Doğma jest dili” layihəsinin əsas məqsədi eşitmə və nitq qabiliyyəti məhdud olan insanların əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin artırılması və ətrafdakı insanlarla ünsiyyətin təşkil olunmasını nəzərdə tutan jest dili lüğətinin hazırlanmasıdır.
Müəyyən söz toplusunun əks olunacağı lüğət eşitmə və nitq məhdudiyyəti olan insanların işarət dilində olan sözlərini müvafiq jestlərlə izah edəcək və həmin şəxslərin ünsiyyət zamanı qarşılaşdığı çətinlikləri aradan qaldıracaq.
Sözlərin şəkillər ilə izahını verməklə yanaşı, jest dilinin vacib hissəsi sayılan mimika ilə ifadə edilən işarələri təsvir edən məlumatlardan ibarətveb səhifə və mobil tətbiqin hazırlanması da nəzərdə tutulur.
Bu layihə eyni zamanda eşitmə və nitq qabiliyyəti məhdud olan insanların yaxınları və onlarla işləyən surdotərcüməçi, surdoloq, müəllim və loqopedlərin istifadəsi üçün faydalı ləvazimat olacaq.
Xatırladaq ki, “Sosial layihələr” müsabiqəsi