"SOCAR Türkiyə" şirkəti BANM-də təqdimat keçirib

"SOCAR Türkiyə" şirkəti BANM-də təqdimat keçirib Sonda "SOCAR Türkiyə" şirkətlər qrupunun nümayəndələri tələbələrin çoxsaylı sualları cavablandırıblar.
Elm və təhsil
13 Aprel , 2017 10:55
SOCAR Türkiyə şirkəti BANM-də təqdimat keçirib
BANM

Bakı. 13 aprel. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) "SOCAR Türkiyə" şirkətlər qrupunun rəhbərliyi ilə görüş keçirilib.

Ali Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, görüşdə rektor Elmar Qasımov, "SOCAR Türkiyə"in İnsan resursları üzrə departamentin rəhbəri Dinar Məmmədova, İnsan resursları üzrə şöbəsinin koordinatoru Sibel Uğur, Əməliyyatlar üzrə departamentinin rəhbəri Emil Eminov, Maliyyə və satınalmalar üzrə şöbənin mütəxəssisi Funda Fidan, "STAR" Rafineri şirkətinin Planlaşdırma və Optimizasiya üzrə şöbənin müdiri Eray Sarıbaş, "STAR" Rafinerin Təhsil üzrə şöbəsinin meneceri İlhan Çağlar, PETKİM şirkətinin İnsan resursları üzrə şöbənin müdiri Bəhruz Babayev, Ali Məktəbin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə BANM-in 30 məzununun "SOCAR Türkiyə" şirkətlərində mütəxəssis vəzifələrində çalışmaları və 5-7 tələbənin istehsalat təcrübə keçməsi məsələləri müzakirə olunub.

E.Qasımov Ali Məktəbin tələbələri üçün belə fürsətlərin və geniş imkanların hər il yaradılacağını bildirib. O deyib ki, Ali Məktəb dünyanın bir sıra neft-qaz şirkətləri ilə geniş əlaqələr qurub və bu səmərəli əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Rektor BANM tələbələrinin və məzunlarının, həmçinin SOCAR-ın müəssisələrində təcrübəyə cəlb olunduqlarını vurğulayaraq, BANM-in "SOCAR Türkiyə" və Petkim şirkəti ilə əməkdaşlığından da söz açıb. 

"SOCAR Türkiyə" şirkətinin Əməliyyatlar üzrə departamentin rəhbəri Emil Eminov şirkətin tarixindən, fəaliyyətindən, beynəlxalq layihələrdən və mühüm inkişaf mərhələlərdən bəhs edib.

"STAR" Rafineri şirkətinin Planlaşdırma və Optimizasiya üzrə şöbəsinin müdiri Eray Sarıbaş öz çıxışında "STAR" neft emalı zavodunun fəaliyyətindən danışaraq qeyd edib ki, sözügedən zavodun inşası həm də dünyanın ekoloji cəhətdən ən sağlam, effektiv və müasir texnologiyalara əsaslanan layihələrindən biridir.

Daha sonra "SOCAR Türkiyə"nin İnsan resursları üzrə rəhbəri Dinar Məmmədova tələbələrə proqram, seçim prosesi və təcrübə haqqında təqdimatla çıxış edib. Seçim imtahan və müsahibə əsasında aprel ayının sonunda keçiriləcək.

Sonda "SOCAR Türkiyə" şirkətlər qrupunun nümayəndələri tələbələrin çoxsaylı sualları cavablandırıblar. 

Son xəbərlər

Orphus sistemi