Mayın 25-də Azərbaycanın bir sıra şəhər və rayonlarında “Nəsimi İli”nə həsr olunmuş intellektual oyun çempionatı keçiriləcək.
Çempionat Bakı, Gəncə, Şəmkir, Mingəçevir, Şirvan, İmişli, Masallı, Sumqayıt, Quba, Zaqatala, Göyçay şəhərlərində baş tutacaq.
Məktəb çempionatı ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdləri arasında keçiriləcək.
Hər zona üzrə qalib çıxmış komanda Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.