Səfir: "Azərbaycanda yapon dilinə maraq artır"

Səfir: "Azərbaycanda yapon dilinə maraq artır" Teruyuki Katori: "Avropa ilə Asiyanı birləşdirən Azərbaycan Yaponiya üçün vacib ölkədir"
Elm və təhsil
19 Sentyabr , 2017 15:01
Səfir: Azərbaycanda yapon dilinə maraq artır

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Avropa ilə Asiyanı birləşdirən Azərbaycan Yaponiya üçün vacib ölkədir".

"Report"un verdiyi xəbərə görə, bunu Bakı Dövlət Universitetində (BDU) yapon dilinin tədqiqatçıları üçün hazırlanmış 4 auditoriyanın açılışında Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori deyib.

"İldən ilə bizim Azərbaycanla münasibətlərimiz inkişaf edir və dərinləşir. Əməkdaşlığımız çoxtərəflidir və son zamanlar biz Azərbaycanla münasibətlərimizdə qeyri-neft sektorunun inkişafına üstünlük veririk", - T.Katori bildirib.

Onun sözlərinə görə, Azərbaycanda yapon dilinə maraq daima artır: "Buna misal olaraq yapon dilinin tədrisinin nəinki universitetlərdə, həm də orta məktəblərdə də təşkil edilməsini göstərmək olar".

Öz növbəsində, çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, dörd auditoriyanın əsaslı təmiri və yapon dilinin öyrənilməsi üçün lazımi avadanlıqla təchiz edilməsi yüksək səviyyəli linqvistlərin hazırlanmasına kömək edəcək.

A.Məhərrəmov hazırda BDU-nun 15 tələbəsi və magistrinin Yaponiyada müxtəlif tədqiqatlar apardığını qeyd edib. 

Son xəbərlər

Orphus sistemi