Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini: "Sabahdan geomaqnit qasırğası səngiyəcək"

Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini: "Sabahdan geomaqnit qasırğası səngiyəcək" "Təşvişə düşməyə ehtiyac yoxdur"
Elm və təhsil
123
16 Oktyabr , 2017 12:31
Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini: Sabahdan geomaqnit qasırğası səngiyəcək
Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev / Report/ Orkhan Azim

Bakı. 16 oktyabr. REPORT.AZ/ "Təqribən 5 gündür ki, başlayan geomaqnit qasırğası hələ də aramsız olaraq davam edir və vaxtaşırı G1 və G2 kateqoriyalı səviyyələrə keçir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, bu gün də proses davam edir: "Səbəb isə Günəşdəki tac dəlilklərindən başlanğıcını götürən yüksək surətli Günəş plazma küləyidir. Maraqlıdır ki, hazırda Günəşin səthində bir dənə də olsa günəş ləkəsi müşahidə olunmur. Adətən bu ləkələr və onların yaxınlığında olan alışmalardan sonra bu cür mürəkkəb vəziyyət yaranarsa kosmik hava korlanırdı. Lakin bugünkü səbəb günəşin səthində orta ölçüyə malik tac dəliyindən əsən günəş plazma küləyidir".

Həmin küləyin 5 gündür yer ətrafı fəzaya çatdığını deyən E.Babayev qeyd edib ki, hazırda Yer həmin küləyin ağuşundadır: "Bu da geomaqnit qasırğasına səbəb olur. Kosmik hava əgər korlanmış meteoşəraitlə tandem təşkil edirsə, diskomfort vəziyyəti artırmış olur. Bu halda hansısa qabaqlayıcı tədbirlər həkimlər tərəfindən məsləhət görülür. Bu hal ilk növbədə risk qrupuna daxil olanlar üçün təsirli olur. Bu zaman əsasən ürək qan-damar sistemi xroniki xəstəliklərinə məruz qalanlar, qismən də ahıl insanlar və azyaşlı uşaqlar daha çox artmış diskomforta məruz qalırlar. Adətən impulsiv baş ağrıları, halsızlığın artması şəklində özünü göstərir. Heç bir təşvişə düşməyə ehtiyac yoxdur. Hesab edilir ki, sabahdan etibarən vəziyyət əvvəlki normasına düşəcək". 

Son xəbərlər

Orphus sistemi