Şagirdlərin elektron yerdəyişməsinə başlanılıb

Şagirdlərin elektron yerdəyişməsinə başlanılıb Şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start verilib
Elm və təhsil
17 Fevral , 2021 11:03
Şagirdlərin elektron yerdəyişməsinə başlanılıb

Şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start verilib.

"Report" xəbər verir ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Qeyd edək ki, yanvarın 8-dən fevralın 17-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılmışdı. Səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlı idi.

Son xəbərlər

Orphus sistemi