Sabah, fevralın 8-də "Yüksəliş" müsabiqəsinin növbəti - onlayn mərhələsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı keçiriləcək.
"Report" xəbər verir ki, bunu müsabiqə ilə bağlı yaradılan İşçi qrupun rəhbəri Fərhad Hacıyev deyib.
Onun sözlərinə görə, fevralın 16-da müsabiqənin onlayn mərhələsinin ümumi bilik üzrə əsas imtahanı təşkil ediləcək.
İmtahanda Azərbaycan dili və ədəbiyyatı, tarix, coğrafiya, mədəniyyət, hüquq və iqtisadiyyat olmaqla hər fənn üzrə 21 sual təqdim olunacaq.
Onlayn mərhələnin ikinci hissəsi olan qabiliyyət imtahanının testlərinin demo variantı fevralın 23-də təqdim ediləcək. Testlərin demo variantı tanışlıq xarakteri daşıdığından onların cavablandırılması tələb olunmur. Onlayn mərhələnin Qabiliyyət imtahanı isə martın 1-də keçiriləcək. Qabiliyyət imtahanı üzrə testlər 3 blok - abstrakt (mücərrəd) düşüncənin, rəqəmsal məlumatlarla işləmək bacarığının, verbal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə aparılacaq.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident