Bakı. 26 noyabr. REPORT.AZ/ Rusiya təhsil və elm naziri Olqa Vasilyeva Azərbaycana səfər edəcək.
"Report" xəbər verir ki, noyabrın 28-də baş tutacaq səfərin əsas məqsədi Azərbaycan və Rusiya ali məktəblərinin məzunlarına həsr olunan konfransda iştirak etməkdir.
O.Vasilyeva səfər çərçivəsində həmçinin azərbaycanlı həmkarı Mikayıl Cabbarov və Azərbaycanın digər rəsmi şəxsləri ilə görüşəcək.