Reyhan Camalova təhsil alacağı universiteti seçib

Reyhan Camalova təhsil alacağı universiteti seçib Gənc azərbaycanlı ixtiraçı, dünyada şöhrət qazanan Reynerci (Rainergy) startapının təsisçisi Reyhan Camalova təhsil alacağı universiteti seçib
Elm və təhsil
1 May , 2021 12:41
Reyhan Camalova təhsil alacağı universiteti seçib
Reyhan Camalova

Gənc azərbaycanlı ixtiraçı, dünyada şöhrət qazanan Reynerci (Rainergy) startapının təsisçisi Reyhan Camalova təhsil alacağı universiteti seçib.

Bu barədə “Report”a özü məlumat verib.

O bildirib ki, Amerikada təhsil üçün cavab aldığı Pennsylvania Universitetinin təklifinə müsbət cavab verib.

Belə ki, o, universitetdə Penn Dünya Təqaüdçüsü (Penn World Scholar) kimi təhsil alacaq.

Qeyd edək ki, R.Camalova Amerikada dünyaca məşhur universitetlərdə qeydiyyatdan keçmişdi və onlardan 7-dən qəbul cavabı almışdı.

Son xəbərlər

Orphus sistemi