Rəvan Həsənov: "Azərbaycan zəngin alban etnomədəni irsinin birbaşa tarixi varisi və qoruyucusudur"

Rəvan Həsənov: "Azərbaycan zəngin alban etnomədəni irsinin birbaşa tarixi varisi və qoruyucusudur" "Azərbaycan zəngin alban etnomədəni irsinin, Qafqaz Albaniyasının antik və erkən orta əsrlərə aid mədəniyyətinin və bu ərazidə sonrakı əsrlərdə yaşamış etnoslar tərəfindən yaradılan bütün tarixi və dini irsin birbaşa tarixi varisi və qoruyucusudur".
Elm və təhsil
14 Aprel , 2023 10:36
Rəvan Həsənov: Azərbaycan zəngin alban etnomədəni irsinin birbaşa tarixi varisi və qoruyucusudur
Rəvan Həsənov

"Azərbaycan zəngin alban etnomədəni irsinin, Qafqaz Albaniyasının antik və erkən orta əsrlərə aid mədəniyyətinin və bu ərazidə sonrakı əsrlərdə yaşamış etnoslar tərəfindən yaradılan bütün tarixi və dini irsin birbaşa tarixi varisi və qoruyucusudur".

"Report" xəbər ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Qafqaz Albaniyası: dini və sosial həyatı” mövzusunda keçirilən X beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Qafqaz Albaniyasının tarixi və etnik-mədəni irsinin sistemli tədqiqi üzrə dünyada əsas tədqiqat mərkəzi rolunu oynayır: "Qafqaz Albaniyası min ilə yaxın müddətdə regionun həyatında mühüm yer tutub, özündən sonra mühüm tarixi irs qoyub. Bu irsin hərtərəfli tədqiqi nəticəsində Albanşünaslıq elm sahəsi yaranıb və bu gün də inkişaf etməkdədir. Albanşünaslığın tarix, arxeologiya, antropologiya, etnologiya, dilçilik, memarlıq və incəsənət sahələrində vacib problemlərinin araşdırılması, alban etnomədəni irsinin saxlanması və müdafiə edilməsi ölkəmizin multikulturalizm siyasətinin vacib istiqamətlərindən biridir".

R.Həsənov əlavə edib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Qafqaz Albaniyasını öyrənirik” layihəsi mərkəzin fəaliyyətə başladığı ilk günlərdən həyata keçirilir:

"Layihə çərçivəsində Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi, coğrafiyası, əhalisi ilə bağlı yerli və xarici ölkə alimlərinin araşdırmaları diqqət mərkəzində saxlanılır. Tədqiqatların geniş auditoriyaya çatdırılması məqsədilə mütəmadi olaraq beynəlxalq konfranslar, təqdimatlar və dəyirmi masalar təşkil edilir. Qafqaz Albaniyası irsinin tədqiqata böyük ehtiyacı var. Bu məsələdə sosial, dini aspetklər araşdırılmalıdır.
Qafqaz Albaniyası irsinin öyrənilməsində Azərbaycan alimlərinin öhdəliyi daha çoxdur".

Son xəbərlər

Orphus sistemi