Bakı. 20 dekabr. REPORT.AZ/ "Azərbaycanda distant təhsil haqqında ciddi müzakirələrə başlamağın vaxtıdır".
"Report" xəbər verir ki, bunu "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov deyib.
O bildirib ki, Azərbaycan Dövlət İqtisadiyyat Universitetində bu gün yaradılmış infrastruktur bu növ təhsilin keyfiyyətli təmin edilməsinə imkan verə bilər: "Ali təhsilin çevikliyini və cəmiyyətdə baş verən proseslərə adekvat reaksiyasını təmin etmək üçün distant təhsilə ehtiyac var".
Rektorun sözlərinə görə, ali təhsil müəssisələrinin müstəqilliyi artırılmalıdır: "Təhsil sisteminin inkişafına dair dövlət strategiyası"nda bununla bağlı ciddi müddəalar nəzərdə tutulub. Tələbə və müəllimlərin mübadiləsi də önəm kəsb etdiyi üçün təhsil standartlarının mobilliyi və unifikasiyası həlledici bir amilə çevrilir".