Prezident Administrasiyasının rəhbəri, Azərbaycanın görkəmli alimi, akademik
Azərbaycan Dövlət Tərcümə Mərkəzindən "Report"a verilən məlumata görə, kitab Azərbaycan tarixinin ən ağrılı və həssas mərhələlərindən olan qədim xanlıqlar dövrünün indiyədək tarixşünaslığa gizli qalan həqiqətlərini üzə çıxarmaqla yanaşı, ciddi elmi mübahisələrə səbəb olan bir sıra qaranlıq məqamlarına aydınlıq gətirir, hadisələr, tarixi şəxsiyyətlər elmi faktlar və arxiv sənədləri vasitəsilə işıqlandırılır.
Əsərin rus dilinə tərcüməçisi – Püstə Axundova, mətnlərə dair şərh və qeydlərin müəllifi – siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov, arxiv sənədlərinin fars dilindən tərcüməçisi – AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktor müavini Şahin Yəhyayev, redaktoru – Nadiyə Qafarova və Fərrux Rzayevdir.
Kitab tarixçilər və mənbəşünaslar, eləcə də Azərbaycanın qədim tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün qiymətli elmi mənbədir.