Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
- 18 noyabr, 2019
- 06:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli ilə görüşüb.
Akademiyadan "Report"a verilən məlumata görə, görüşdə iki ölkənin Milli Elmlər akademiyaları arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev ölkədə dövlət səviyyəsində dost və qonşu Gürcüstanla əlaqələrə xüsusi diqqət yetirildiyini vurğulayıb.
Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşlərindən söz açıb, ictimai və humanitar elmlər sahəsində elmi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirib.