Qarabağ Universitetində bütün ixtisaslar üzrə dərs cədvəlləri hazırlanıb

Qarabağ Universitetində bütün ixtisaslar üzrə dərs cədvəlləri hazırlanıb 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetində bütün ixtisaslar üzrə dərs cədvəlləri hazırlanıb, professor-müəllim heyəti tam formalaşıb.
Elm və təhsil
12 Sentyabr , 2024 12:51
Qarabağ Universitetində bütün ixtisaslar üzrə dərs cədvəlləri hazırlanıb

2024/2025-ci tədris ilində Qarabağ Universitetində bütün ixtisaslar üzrə dərs cədvəlləri hazırlanıb, professor-müəllim heyəti tam formalaşıb.

Ali təhsil müəssisəsindən "Report"a verilən məlumata görə, dərslər sentyabrın 23-də başlayacaq.

Qeyd edilib ki, ilk tədris ilinə hazırlıqla bağlı işlər yekunlaşıb, universitetin infrastrukturu tam hazırlanıb.

Tələbə əsaslı müasir modeldə universitet quruculuğunun tərkib hissəsi olaraq, Qarabağ Universitetində tanışlıq günləri keçiriləcək. Həmin günlərdə tələbələr universitet kampusu, əməkdaşlarla və Xankəndi şəhəri ilə tanış olacaq, bütün zəruri məlumatları əldə edəcək və onları maraqlandıran bütün suallara cavab alacaqlar.

Universitetə gəliş tarixləri barədə dəqiq məlumat tələbələrə müvafiq "WhatsApp" qrupları üzərindən təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi