Bakı. 9 dekabr. REPORT.AZ/ "Dilimizdə əcnəbi sözlərin (alınma sözlərin yox, məhz əcnəbi sözlərin) işlədilməsi də ciddi problemlərdən biridir".
“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili kafedrasının müdiri, professor Mahirə Hüseynova "Xalq qəzeti"ndə dərc olunan məqaləsində deyib.
Professorun sözlərinə görə, bu prosesi tənzimləmək qaçılmaz sayılır:
"Qəbul edək ki, qloballaşan dünyada dilimizin leksikasında alınma sözlər olaraq bir sıra əcnəbi sözlərin pasport alması prosesinin nəinki qarşısını almaq, əksinə, dilimizin normalarını qorumaqla bu prosesi tənzimləmək qaçılmaz sayılır və bu, belə də olmalıdır. Elmi-texniki inkişafın nəticəsi kimi dilimizin leksik tərkibinə daxil olan belə sözlər gündəlik həyatımızın tərkib hissəsinə çevrilir və bu proseslərdən yayınmaq istəyinin özü belə normal sayıla bilməz. O da normal hal hesab olunmaz ki, bu, kor-koranə baş versin. Əlbəttə, dildə gedən və yaxud getməsi zəruri olan belə proseslər günümüzə qədər müxtəlif qurumlar tərəfindən sadəcə, seyr edilməyib. Həmin qurumların o proseslərə fəal müdaxiləsini görmək olur. Ümumiyyətlə, onu qeyd etmək yerinə düşür ki, bu istiqamətdə aparılan işlərin miqyası son illər intensivləşib".
Onun sözlərinə görə, bu intensivlik prosesində Azərbaycan Respublikası Dövlət Dil Komissiyası və Azərbaycan
"Həmin qurumların təmsilçilərinin ölkəmizin dilçi alimləri və vətəndaş mövqeyi olan ziyalıların iştirakı ilə ən müxtəlif tədbirlərdə görmək olur. Bu, Azərbaycan dilinin dövlət dili statusunun tam təmin edilməsi, onun qorunması və zənginləşdirilməsi ilə bağlı kompleks məsələlərin nəzarətdə saxlanılması təşəbbüsü kimi diqqətçəkəndir", - deyə M.Hüseynova öz məqaləsində yazıb.
Bundan əvvəl kafedra müdiri bildirib ki, ədəbi dilin televiziya və radiolarda bərbad hala salınması adiləşib.