Polşanın təhsil naziri Azərbaycana gələcək

Elm və təhsil
  • 21 iyul, 2017
  • 09:17
Polşanın təhsil naziri Azərbaycana gələcək

Bakı. 21 iyul. REPORT.AZ/ Polşanın təhsil naziri Anna Zalevska Azərbaycana səfər edəcək.

Polşanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, nazir avqustun 14-17-da Bakıda keçiriləcək Beynəlxalq Skaut Hərəkatı Təşkilatının 41-ci Ümumdünya Skaut Konfransında iştirak edəcək.

Bundan başqa, А.Zalevska ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək.