İqlim dəyişikliyi təhsilin dayanıqlı konsepsiyasına təsir edir.
"Report" xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru, Beynəlxalq Tələbə Qiymətləndirmə Proqramının (PISA) yaradıcısı Andreas Şleyxer "Təhsildə yeni çağırışlar" adlı V beynəlxalq forumda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bəziləri bunu texnologiya və təhsil arasında yarış hesab edir.
"Texnologiya insanların bacarıq və vərdişlərindən öndə gedir. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bacarıqlı kadrlar tapmaqda çətinlik çəkilir. Dayanıqlı inkişaf üçün təhsilin olması önəmlidir. Gənclər gələcəyin qayğısına qala bilirmi? Müqavimət və tarazlılıq bu məsələdə vacibdir.
"Əvvəllər mövcud olmayan işləri bundan sonra görə biləcəyikmi? Bu barədə emosional zəka önəmlidir. Gənclərin qayğısına qalmalıyıq ki, ətraf mühitin qorunması üçün maraq göstərsinlər. Davranış müxtəlif formalarda bizə faydalı ola bilər. Təhsil bu baxımdan gənclər üçün müəyyən məlumatlılıq üçün yaxşı imkandır. Biliklərdən düzgün istifadə etmək lazımdır. Burada da təhsil ən güclü vasitədir", - Andreas Şleyxer vurğulayıb.
O qeyd edib ki, planetin yaxşı gələcəyi üçün ən yaxşı sərmayə təhsildir: "Məktəbdə öyrənilənlərin heç də hamısı, təəssüf ki, şagirdlərin davranışlarına təsir etmir. PİSA beynəlxalq qiymətləndirmələrin nəticələri də bunu deməyə əsas verir. Gənclər iqlim dəyişikliyinin problemlərini təkcə başa düşməklə kifayətlənməməlidirlər. Güclü öyrənmə strategiyaları mənimsənilməlidir. Onlar passiv sərnişin misalından sükan arxasına keçə biləcək şəxslərə çevrilməlidir. Başa düşməlidirlər ki, onlar fərq yarada bilərlər. Yeni iş yerləri yaratmağı bacarmalıyıq".