Növbəti qəbul imtahanları başlayıb

Növbəti qəbul imtahanları başlayıb Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindənşəhər və rayonlarınimtahan qrafikinəuyğun olaraq I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilir.
Elm və təhsil
20 Avqust , 2020 11:00
Növbəti qəbul imtahanları başlayıb
0 : 00
0 : 00

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilir.

"Report" xəbər verir ki, imtahanlar saat 11:00-da başlayıb və 3 saat davam edəcək.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 85 imtahan binası, 1 516 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 85 ümumi imtahan rəhbəri, 258 imtahan rəhbəri, 1 966 nəzarətçi–müəllim, 170 buraxılış rejimi əməkdaşı, 85 bina nümayəndəsi ayrılıb.

İştirakçıların imtahana tibbi maska ilə gəlməsi və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməsi təmin olunub.

Qeyd edək ki, DİM imtahanlarda 20 100 abituriyentin iştirakı nəzərdə tutulduğu barədə məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi