Nizami Cəfərov: "Azərbaycan mətbuatında publisistik üslub sıradan çıxır"

Nizami Cəfərov: "Azərbaycan mətbuatında publisistik üslub sıradan çıxır" Bakı. 17 dekabr. REPORT.AZ/ Dil normalarının pozulmasının qarşısını almaq üçün monitorinqlər getdikcə daha da artırılmalıdır.
Elm və təhsil
17 Dekabr , 2018 15:43
Nizami Cəfərov: Azərbaycan mətbuatında publisistik üslub sıradan çıxır
0 : 00
0 : 00

Bakı. 17 dekabr. REPORT.AZ/ "Dil normalarının pozulmasının qarşısını almaq üçün monitorinqlər getdikcə daha da artırılmalıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, deputat Nizami Cəfərov "Azərbaycanın media məkanında ədəbi dilin qrammatikasına dəstək" lahiyəsi çərçivəsində keçirilən "Azərbaycanın media məkanında ədəbi dilin qorunması: problemlər və perspektivlər" mövzusunda konfransda deyib.

O bildirib ki, aparılan monitorinqlərin nəticəsində dil normalarının düzgün işlənməsinə diqqətin artdığı, səhvlərin azaldığı göz qabağındadır: "Bu gün dillə bağlı ən böyük narahatlıq mətbuatdadır".

N.Cəfərovun sözlərinə görə, Azərbaycan mətbuatında üslub axtarışı getmir, publisistik üslub çökür: "Mətbuatımızda fərdi üslub yoxdur, yaranmır".

Son xəbərlər

Orphus sistemi