Təhsil Nazirliyi: Yaxın günlərdə bir neçə orta məktəbə yeni direktor təyin olunacaq

Təhsil Nazirliyi: Yaxın günlərdə bir neçə orta məktəbə yeni direktor təyin olunacaq Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanda orta məktəb direktorlarının işə qəbulu üzrə müsabiqədə uğur qazanan daha bir neçə namizədin vəzifəyə təyinatı ilə bağlı yaxın günlərdə əmr imzalanacaq.
Elm və təhsil
263
25 Fevral , 2019 10:28
Təhsil Nazirliyi: Yaxın günlərdə bir neçə orta məktəbə yeni direktor təyin olunacaq

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanda orta məktəb direktorlarının işə qəbulu üzrə müsabiqədə uğur qazanan daha bir neçə namizədin vəzifəyə təyinatı ilə bağlı yaxın günlərdə əmr imzalanacaq.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, dövlət ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinin tutulması üçün elan edilən müsabiqənin ilkin yerləşdirmə nəticələrinə əsasən, uğur qazanan 228 nəfərdən 104 nəfəri müvafiq ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunub və onlarla əmək müqaviləsi bağlanılıb. 

“Yerdə qalan 124 namizəddən bir qismi ehtiyat kadrlar siyahısında qalmaq üçün ərizə ilə müraciət ediblər. Qalan namizədlərin təyinatı ilə bağlı yaxın günlərdə əmr layihəsi hazırlanacaq”, - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi