Naxçıvan Muxtar Respublikasında musiqi müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq.
"Report"un xəbərinə görə, Naxçıvan Muxtar Respublikasının Baş Naziri Əlövsət Baxşıyev “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında qərarı imzalayıb.
Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Qərara görə, müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Nazirlik tərəfindən müsabiqə yolu ilə həyata keçiriləcək. Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Eyni zamanda müəssisələrdə kitabxana informasiya ixtisası üzrə işə qəbul və qiymətləndirmə yalnız test imtahanı vasitəsilə aparılacaq.